Altı mehmanxanaya `ulduz` verildi


19:16     05 İyul 2016 Hotel-reception-bell-620x330.jpg

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatını aparılıb.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilib və ulduz dərəcələri müəyyənləşib.

İyun ayında Bakı şəhərində yerləşən 6 mehmanxanaya ulduz dərəcə sertifikatları verilib. “Karvan Palace” və “SunRise Hotel” mehmanxanaları 4, “Şah Hotel”, “Nizami Street Hotel”, “East Legend Panorama” və “Şəms” mehmanxanaları isə 3 ulduza layiq görülüb.

Hazırda təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-ya çatıb.

Açar sözlər:

Oxunub: 1214